Yuxarı

Metroda işləmək istəyənlərə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda işləmək istəyənlərə şad xəbər

"Bakı Metropoliteni" QSC qəbulu və yola salınması üzrə növbətçi peşəsi üzrə ödənişsiz kurs elan edir.

Bu barədə Axar.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak edən xanımların yaş həddi 18-30 arası, boy isə minimum 170 sm olmalıdır. Kursa qəbul olunan xanımların orta təhsilli olması, Azərbaycan dilini əla səviyyədə bilməsi, Bakı şəhərində qeydiyyatda olmaları tələb olunur.

Kursa cəlb ediləcək oğlanlar üçün isə yaş həddi 22-30 arası, boy minimum 170 sm, hərbi mükəlləfiyyətli, təhsili texniki ali olmalıdır. Kursa müraciət edənlər Azərbaycan dilini mükəmməl bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır.

Kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır.

Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qatarın qəbulu və yola salınması üzrə növbətçi" peşəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix 05.08.2016-cı il.

Tarix
2016.07.27 / 17:13
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla