Yuxarı

14 yaşlı qızın ölümü: iki həkimə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
14 yaşlı qızın ölümü: iki həkimə hökm oxundu

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işində təqsirləndirilən “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-travmatoloq-ortopedi Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloqu Könül Sadıqovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Bəxtiyar Mustafayevə və Könül Sadıqovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Yevlax rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb

İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Tarix
2025.11.03 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!

Xəzər yox, “Mazandaran dənizi” var - Məhəmmədi

Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi

İlk dəfə müharibədə bunu biz tətbiq etdik - Prezident

Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla