Yuxarı

800 min manatı mənimsəyən qadına hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
800 min manatı mənimsəyən qadına hökm oxundu

Rifah Group MMC-nin 802 min manatdan artıq vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

O bildirib ki, müvəkkilinin 4 azyaşlı övladı var, həyat yoldaşı vəfat edib. Azyaşlılar təqsirləndirilən şəxsin anasının himayəsindədir, o da onkoloji xəstəlikdən əziyyət çəkir.

Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Samir Zeynalova son söz deyib. O da barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Daha sonra hakimlər hökm elan ediblər.

Hökmən əsasən Samirə Zeynalovaya elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) maddəsi ümumi ittihamdan xaric edilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəlbetmə müddəti keçdiyi üçün həmin maddə üzrə cəza təyin olunmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinib və o, 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Samirə Zeynalovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, Samirə Zeynaova Rifah Group MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

İstintaq orqanı tərəfindən Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Tarix
2025.11.03 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!

Xəzər yox, “Mazandaran dənizi” var - Məhəmmədi

Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla