Yuxarı

Lənkəranda kişi əməliyyatdan sonra öldü - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda kişi əməliyyatdan sonra öldü -

12:52

Lənkəranda kişi əməliyyatdan sonra dünyasını dəyişib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq səbəbləri ilə daxil olan Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Siyavuş Rzayev əməliyyata götürülüb.

S.Rzayevin yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatdan sonra yoldaşı özünü pis hiss edib. Onların iddiasına görə, S.Rzayev həkim səhlənkarlığının qurbanı olub.

"Həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Xəstəxananın o biri həkimləri əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımın həyatını xilas edə bilmədilər",- deyə A. Rzayeva bildirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Tarix
2025.11.04 / 16:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla