Yuxarı

Ramin Quliyevə ittiham aktı elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramin Quliyevə ittiham aktı elan edildi

Bakıda 3 nəfərin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən Ramin Quliyevin məhkəmə araşdırması başlayıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Tural Yaqubov təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Təqsirləndirilən Ramin Quliyev ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

İttihamla bəlli olub ki, Ramin Quliyev Qarabağ ərazisində tikinti materialları satmaq adı ilə paytaxt sakini və yaxın münasibətdə olduğu Aynurə Vəliyevadan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə ümumilikdə 110 min manat alaraq mənimsəyib.

Ramin Quliyev tərəfdən zərər görən digər zərərçəkən isə paytaxt sakini Vüqar Qasımov olub. R.Quliyev əmlak məsələləri ilə bağlı zərərçəkənin 15 min manatını ələ keçirərək verdiyi vədə əməl etməyib.

Təqsirləndirilənin etibarından sui-istifadə etdiyi digər zərərçəkən isə Aybəniz Adullayevadır. İttihamda bildirilir ki, Ramin Quliyev Aybəniz Abdullayevanı da eyni üsulla, yəni tikinti materialları alaraq Qarabağda satıb qazanc əldə etmək adı ilə 76 min manatını mənimsəyərək verdiyi vədə əməl etməyib.

Növbəti proses dekabrın 12-nə təyin edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Ramin Quliyev ifadəsi zamanı əvvəllər Milli Televiziya və Radio Şurasında müşavir vəzifəsində çalışdığını deyib.

Tarix
2025.11.07 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla