Yuxarı

Prokurorluq rüşvət alan ekspertlə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq rüşvət alan ekspertlə bağlı məlumat yaydı

Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dair həmin qurumdan daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2025.11.07 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident ona da Milli Qəhrəman adı verdi

İlham Əliyev ona admiral rütbəsi verdi

İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam

Bu polkovniklərə "general-mayor" rütbəsi verildi

İlham Əliyev onlara "general-leytenant" rütbəsi verdi

Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi

Suriyanın Azərbaycanda səfirlik açması... – XİN rəsmisi

İlham Əliyev bu hərbçiləri təltif etdi

Rusiya 10 noyabr razılaşması ilə bağlı bəyanat yaydı

Hacızadə: 907-ci düzəlişin tam ləğv edilməsi üçün...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla