Yuxarı

Bakıdan Abucaya uzanan böyük idman marşrutu!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Abucaya uzanan böyük idman marşrutu!

Nigeriyanın paytaxtı Abucada yerləşən möhtəşəm Guards Polo Club meydanında Afrika Çövkən Çempionatına start verilib.

Axar.az xəbər verir ki, turnir Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında, Afrika ölkələrinin atlı idman qurumlarının dəstəyi və Nigeriya Polo Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir. 5 noyabr tarixində start götürən çempionatın oyunları 8 noyabrda final qarşılaşmaları ilə yekunlaşacaq.

Turnir sistemi xal əsasında formalaşır: qrup mərhələsində komandaların topladığı xallar nəticəsində 8 noyabr tarixində keçiriləcək final oyununda birinci və ikinci yerlər uğrunda mübarizə aparacaq komandalar müəyyən ediləcək, digər iki komanda isə üçüncü yer uğrunda görüşəcək. Bu mötəbər yarış qədim atüstü oyun olan çövkənin Afrikada inkişafı və beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Çempionat eyni zamanda qitə ölkələri arasında dostluq, əməkdaşlıq və idman dəyərlərinin təşviqinə yönəlmişdir. Turnirin açılış mərasimi noyabrın 5-də baş tutmuş və oyunlar yüksək səviyyədə təşkil olunmuşdur. İlk iki oyun günü gərgin idman mübarizəsi və yüksək tempdə keçmişdir.

Birinci günün nəticələri:

Niger 3 - 1 Misir

Nigeriya 3 - 2 Qana

İkinci günün nəticələri:

Niger 5 - 2 Qana

Nigeriya 10 - 1 Misir

İki turun nəticələrinə əsasən, Niger və Nigeriya komandaları turnirdə üstünlük əldə edərək lider mövqedə qərarlaşıblar. Hər iki komanda həm texniki hazırlığı, həm də komanda oyunu baxımından yüksək səviyyə nümayiş etdiriblər.

Yarışların təşkil olunduğu Guards Polo Club (Abuca) regionun ən nüfuzlu atçılıq mərkəzlərindən biridir və bu yarışla Afrikada çövkənin bərpası və populyarlaşdırılması istiqamətində mühüm addım atılıb.

Tarix
2025.11.07 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan Azərbaycan üçün mühüm ölkədir

Prezident ona da Milli Qəhrəman adı verdi

İlham Əliyev ona admiral rütbəsi verdi

İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam

Bu polkovniklərə "general-mayor" rütbəsi verildi

İlham Əliyev onlara "general-leytenant" rütbəsi verdi

Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi

Suriyanın Azərbaycanda səfirlik açması... – XİN rəsmisi

İlham Əliyev bu hərbçiləri təltif etdi

Rusiya 10 noyabr razılaşması ilə bağlı bəyanat yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla