Yuxarı

ADU-da Zəfər Günü qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da Zəfər Günü qeyd edildi

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “Qarabağ azaddır – Vətən” adlı tədbir keçirilib.

Bu barədə Axar.az-a ADU-dan məlumat verilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivini və qonaqları Zəfər Günü münasibətilə təbrik edib.

“Vətən müharibəsi qələbə ilə başa çatdı və biz qələbəyə layiq xalq olduğumuzu bütün dünyaya sübut etdik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız misli görünməmiş qəhrəmanlıq və şücaət göstərdi. Torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi”, - Kamal Abdulla bildirib.

Tədbirdə həmçinin Erməni Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aydın Eyvazov və İngilis-fransız dilləri fakültəsinin IV kurs tələbəsi Leyla Rzazadə çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də ruhumuzun dirçəlişidir. Hər bir gənc, ziyalı və vətəndaş azad və qalib Azərbaycanın inkişafı üçün çalışmalıdır.

Tədbir tələbələrin ifasında təqdim olunan “Qarabağ azaddır – Vətən” adlı bədii kompozisiya ilə başa çatıb.

Tarix
2025.11.07 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Yaşar Gülər Azərbaycana gəldi

Mehdiyevin ailə üzvləri bir-bir həbs olunacaq - Quliyev

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili

Bu qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü - Foto

FHN Zəfər Gününü belə qeyd etdi

Zəfər Günü ilə bağlı İlham Əliyevə müraciət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla