Yuxarı

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vaqif Qurbanova ölümündən 33 il sonra Milli Qəhrəman adı verilib.

Axar.az xəbər verir ki, Vaqif Qurbanov 30 dekabr 1967-ci ildə Bakıda anadan olub. Əslən Tovuz rayonunun Qovlar kəndindəndir. 1989-cu ildə Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbini bitirib. Təhsilini başa vurduqdan sonra SSRİ Hərbi Hava Qüvvələrində, daha dəqiq Əfqanıstan müharibəsi zamanı təşkil edilmiş və Su-25 təyyarələri ilə komplektləşdirilmiş, Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. Daha sonra isə Azərbaycan ərazisindəki aviasiya alaylarından birində xidmət edib. Gəncə, Yevlax, Kürdəmirdə hərbi alayların yaradılmasında yaxından iştirak edib.

Vaqif Qurbanov Qarabağ müharibəsi vaxtı – 1992-ci il 8 apreldə keçmiş sovet aviabazasından (həmin vaxt MDB hərbi qüvvələrinə məxsus Sitalçayda yerləşən) Su-25 təyyarəsini qaçırıb.

Vaqif Qurbanov bu təyyarə ilə düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə elə həmin il iyunun 13-də Ağdamın Şelli kəndi yaxınlığında ermənilər tərəfindən vurulub. Ancaq pilotdan uzun müddət xəbər tutmaq mümkün olmayıb.

1992-ci ildə Nizami rayon məhkəməsinin qərarı ilə ölmüş elan edilib.

Tarix
2025.11.07 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla