Yuxarı

“Nar” Zəfərin 5 illiyini gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” Zəfərin 5 illiyini gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi

“Nar” ictimai fəallığı ilə seçilən 150 könüllü gənci Vətən müharibəsində qazanılan tarixi zəfərimizin 5-ci ildönümünə həsr olunan düşərgədə bir araya gətirib. Düşərgənin məqsədi gənclərə milli dəyərləri təbliğ etmək və onların bilik və bacarıqlarının formalaşmasına yönələn tədbirlərə dəstək vermək olub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Zəfər 5 il” düşərgəsi Quba Olimpiya İdman Kompleksində təşkil edilib. Beş gün davam edən düşərgədə könüllülərin fərdi və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsi qazandırmaq istiqamətində təlimlər keçirilib. Eləcə də, gənclərə vətənpərvərlik hisslərini aşılamaq məqsədilə düşərgəyə 44 günlük Vətən müharibəsi qaziləri dəvət edilib, onların iştirakı ilə müzakirələr təşkil olunub.

Düşərgənin ikinci günü keçirilən panel müzakirələrində “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova iştirak edib. Hökümə Kərimova mobil operatorun həyata keçirdiyi davamlı sosial layihələrlə bağlı gənclərin suallarını cavablandırıb və sosial layihə təşkilatçılığı istiqamətində mobil operatorun təcrübəsini könüllülərlə bölüşüb.

Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob baş tutub. Bu fləşmob gənclərin Şanlı Zəfərimizə, Azərbaycan xalqının qalib ruhuna olan dərin ehtiramın rəmzi ifadəsinə çevrilib.

Qeyd edək ki, sərfəli təklifləri ilə seçilən mobil operator “Nar” özünüz korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində bir sıra milli və sosial əhəmiyyətli layihələrə dəstək olur. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Tarix
2025.11.07 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

Yaşar Gülər Azərbaycana gəldi

Mehdiyevin ailə üzvləri bir-bir həbs olunacaq - Quliyev

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalmanın son 5 ili

Bu qəhrəmanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü - Foto

FHN Zəfər Gününü belə qeyd etdi

Zəfər Günü ilə bağlı İlham Əliyevə müraciət olundu

Gürcüstan Azərbaycan üçün mühüm ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla