16:33
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 276-VIIQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.4-cü maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 15-2.4-cü maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.
2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92 (Cild I); 2024, № 12 (II kitab), maddə 1361) 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6.1-ci bəndə “15-2.2.1-ci,” sözlərindən sonra “15-2.4-cü,” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:
“6.7-1. həmin Qanunun 15-2.4-cü maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.
***
Prezident İlham Əliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 275-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 712 (Cild I) ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3.1.1-ci yarımbəndində “əmək qabiliyyətinin itirilmə faizi” sözləri “peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin ifadə olunduğu faiz” sözləri ilə əvəz edilsin.
4. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 608 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
4.2. 2.2-ci bənddə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin;
4.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. həmin Qanunun 19.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 8, maddə 943, № 9, maddə 1000, № 12 (II kitab), maddə 1383; 2025, № 3, maddə 226) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 2.9-cu bəndi ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I); 2024, № 4, maddə 385, № 6 (I kitab), maddə 654, № 8, maddə 943, № 10, maddə 1140, № 12 (II kitab), maddə 1383; 2025, № 6, maddə 541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.3.2-ci yarımbəndə “monitorinqi” sözündən sonra “, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədilə işəgötürənlər tərəfindən müraciətin göndərilməsi” sözləri əlavə edilsin;
6.2. 2.3.5-ci yarımbəndə ikinci halda “aparılması” sözündən sonra “, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi” sözləri əlavə edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718 (Cild I); 2024, № 6 (I kitab), maddə 660, № 12 (II kitab), maddə 1383; 2025, № 4 (I kitab), maddə 345) ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Nizamnaməsi”nin 3.1.5-ci yarımbəndində “qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilməsi faizini” sözləri “qabiliyyətinin itirilməsi dərəcəsini” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318 (Cild I); 2024, № 5 (I kitab), maddə 515) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissə üzrə:
1.1. adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;
1.2. 2.1-ci bənd ləğv edilsin;
1.3. 2.2.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.9-cu və 2.2.10-cu yarımbəndlər əlavə edilsin:
“2.2.9. enerji effektivliyi fondunun vəsaitini idarə edir;
2.2.10. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.”.
2. 3-cü hissə üzrə:
2.1. aşağıdakı məzmunda 3.1.34-1-ci yarımbənd əlavə edilsin:
“3.1.34-1. enerji effektivliyi fondunun vəsaiti hesabına “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində nəzərdə tutulmuş stimullaşdırıcı tədbirləri həyata keçirir;
2.2. 3.1.39-cu yarımbəndə “vəsaitlərindən” sözündən sonra “, habelə enerji effektivliyi fondunun vəsaitindən” sözləri əlavə edilsin.