Yuxarı

Bayraq millətin varlığının sübutudur – Samir Vəliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraq millətin varlığının sübutudur – Samir Vəliyev

Üçrəngli müqəddəs bayrağımız müstəqil dövlətimizin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Bayrağımız yalnız Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə Naxçıvan Ali Məclisində qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır:

“Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Beş ildir ki, müqəddəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.

Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tədbirlərdə zirvələrə qaldırılır. Biz, vətəndaş olaraq bununla qürur duyuruq.

Prezident İlham Əliyev daim Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bu gün bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə respublikamızın bütün ərazisində dalğalanır. Biz bundan böyük qürur və iftixar hissi keçiririk. Qalib Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə olacaq!”

Tarix
2025.11.09 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Naxçıvandan Ermənistana atəş açılıb? - Rəsmi

Faiq Əliyev barəsində çıxarılan hökm ləğv edildi

Leyla Əliyeva Mərkəzi Nəbatat Bağında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla