Yuxarı

BŞİH-dən tapşırıq: Cavabdeh şəxslərin siyahısı hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BŞİH-dən tapşırıq: Cavabdeh şəxslərin siyahısı hazırlandı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tapşırıqlarına uyğun olaraq, paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarında keçirilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Tarix
2025.11.17 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla