Ronaldo bu gün Trampla görüşəcək
20:42
| Ana səhifə Toplum |
|
"Cloudflare" antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətindəki fasilənin "AzStateNet" şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb.
Axar.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edub.
"Təhlükəsizliyini təmin etdiyimiz dövlət informasiya ehtiyatları və "AzstateNet" şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək, 24/7 monitorinq olunur. "Cloudflare" kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axınının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir" - deyə məlumatda qeyd olunub.
|
Tarix
2025.11.18 / 18:51
|
Müəllif
Axar.az
|