Yuxarı

İş adamını qətlə yetirənlərə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamını qətlə yetirənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən 17 nəfərik radikal dini dəstənin üzvlərinə hökm oxunub.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə Nurəddin Xəlilov ömürlük, Müşfiq Mikayılov 20 il, Rəşad Həşimli 20 il, Əhməd Kərimov 20 il, Coşqun Kərimbəyli 20 il, Bahadur Məmmədov 20 il, Zaur Əliyev 18 il, Pərviz Şıxalıyev 16 il, Rəşad Səfərəliyev 16 il, Xəlil Məmmədov 15 il, Samir Məmmədov 16 il, Rufis Bəyimov 18 il, Ceyhun Abdullayev 14 il, İlqar Musayev 13 il, 6 ay, Anar Rzayev 14 il, Niyaməddin Xəlilov 16 il, Fəxri Şirinzadə isə 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla müəyyən edilib ki, V.Vahabovun qonşusu C.Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, dini təriqət üzvləri olan əvvəllər məhkum edilən N.Xəlilov, M.Mikayılov, R.Həşimli və Ə.Kərimova məlumat verib. Onlar V.Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl- zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq V.Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri N.Xəlilov, M.Mikayılov, Z.Əliyev və P.Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vincester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapaçaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanan dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb.

Tarix
2016.08.01 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla