Yuxarı

Xəzər geri çəkildi, “itmiş” meşə üzə çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər geri çəkildi, “itmiş” meşə üzə çıxdı - Foto

Lənkəranın Kənarmeşə kəndi ərazisində Xəzər dənizinin geri çəkilməsi nəticəsində illərdir suyun altında qalmış qədim meşə qalıqları üzə çıxıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, dənizin içində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu məlum olub.

Yerli sakinlərin sözlərinə görə, bu ərazidə bir vaxtlar geniş palıd meşələri olub, Kənarmeşə kəndinin adı da buradan qaynaqlanır.

Üzə çıxan kök qalıqlarının diametri 3–4 metrə çatır. Mütəxəssislər bu ağacların yüz illər boyunca yaşamış iri palıdlara məxsus olduğunu və uzun müddət Xəzərin duzlu suyunda qalmalarına baxmayaraq tam çürümədiklərini bildirirlər.

Suyun çəkilməsi ilə bir neçə ərazidə qırılmış iri ağac gövdələrinə də rast gəlinib.

Faktlar göstərir ki, Xəzər dənizi əsrlər boyu sahilə doğru irəlilədiyi torpaq sahəsindən bu gün geri çəkilməyə başlayıb və bir zamanlar mövcud olmuş meşə zolağının izləri yenidən görünür.

Tarix
2025.11.21 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Azərbaycan benzinini satmaq istəməyənlər... - Paşinyan

Bakıda mühüm tədbir: İlham Əliyev çıxış etdi - Foto

Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan

Azərbaycanın xarici borcu... - Prezident

Prezident açıqladı: Ölkədə ilk dəfə bu sistem yaradılır

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır

Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...

Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla