Yuxarı

“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Britaniyada... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Britaniyada... - Foto

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin Tədarük Zənciri direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli və Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübə artımı və beynəlxalq qabaqcıl praktikaların Şirkətlər Qrupu daxilində tətbiqi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər.

Axar.az xəbər verir ki, səfər çərçivəsində rəhbər heyət Böyük Britaniyanın aparıcı distribusiya şirkətləri - Mançesterdə yerləşən James Hall & Co. LTD, Şimali İrlandiyanın Henderson Group, eləcə də Londonda fəaliyyət göstərən A.F. Blakemore şirkətlərinin müasir, avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji həlləri ilə seçilən logistik mərkəzlərini ziyarət edib.

Bu mərkəzlərdə tətbiq olunan qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənməsi üzrə avtomatlaşdırılmış proseslər, həmçinin təchizat zənciri üzrə rəqəmsal idarəetmə modelləri ilə yaxından tanış olunub. Görüşlər zamanı müasir logistika tendensiyaları, iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Səfərin əsas məqsədi "Veysəloğlu Distribusiya" tədarük zənciri əməliyyatlarının (tələb proqnozlaşdırılması, tədarük, anbar əməliyyatları, yerli və ölkəxarici nəqliyyat, logistika infrastrukturu və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və ümumi səmərəliliyin artırılması istiqamətində yeni imkanların araşdırılması olub.

Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün müasir texnoloji həllərin tətbiqinə daim önəm verir. Böyük Britaniyaya təşkil olunan bu səfər də Şirkətlər Qrupunun fəaliyyətində innovativ yanaşmaların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və dünya praktikasına inteqrasiya istiqamətində atılan mühüm addımlardan biridir.

Tarix
2025.11.21 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın 33-cü ildönümü münasibətilə tədbir keçirildi

Cümşüd Nuriyev partiyadan qovuldu

“AzerGold”da Argentina səfiri ilə görüş oldu

Azərbaycan onları 6 ölkə ilə vizadan azad edir

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama

Bakıya gələn ermənilərin adları açıqlandı - Foto

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla