Yuxarı

Bu xəstəxana Pediatriya Mərkəzinin tərkibinə daxil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xəstəxana Pediatriya Mərkəzinin tərkibinə daxil edildi

Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.

Axar.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, Azərbaycan Dəmir Yolları QSC-nin tabeliyində olan tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi prosesi həyata keçirilib.

Bu qərara uyğun olaraq, Bakı Dəmir Yolu Xəstəxanası Respublika Pediatriya Mərkəzinin tərkibinə daxil edilib.

Məlumata görə, Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası həmin binaya köçürülüb və fəaliyyətini orada davam etdirir.

Tibb müəssisəsində Endokrinologiya, Allerqologiya, Pediatriya, Reanimasiya və Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət göstərir.

Eyni zamanda endokrinoloji və allerqoloji sahələr üzrə pediatrik stasionar xidmətlər Nərimanov Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında həyata keçirilir.

130 nəfərlik çarpayı fonduna malik olan xəstəxanada kistik fibrozlu xəstələrin pediatrik yatışı və dərman təminatı da təşkil olunur.

Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının Həkim Sanitar Xidmətinin balansında olan tibb müəssisələri ləğv olunub.

Tarix
2025.11.26 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla