Yuxarı

Bu marşrutlar da kartla ödənişə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu marşrutlar da kartla ödənişə keçdi

Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək.

"Xaliq Faiqoğlu" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov Trend-ə bildirib ki, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və "BakuBus" MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Qeyd edək ki, yuxarıda qeyd olunan 6 marşrut "Xaliq Faiqoğlu" şirkəti tərəfindən istismar olunur.

Tarix
2016.08.03 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla