Yuxarı

2 gündə 21 min sürücü saxlanıldı - Reyd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 gündə 21 min sürücü saxlanıldı - Reyd

Avqustun 1-i və 2-də respublika yollarında keçirilən reydlər nəticəsində 21029 nəfər sürücü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, 154 sürücü avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə, 11 mindən çoxu isə sürət həddini aşdığına görə məsuliyyətə cəlb olunub.

Şöbə rəisi bildirib ki, reydlər avqustun sonuna qədər davam edəcək:

"Respublika ərazisində reydlər təşkil olunub. Reydlər yalnız şənbə və bazar günləri deyil, həftə boyu bütün regionlarda keçirilir. Sürücülərimiz yola çıxmazdan əvvəl nəzərə alsınlar ki, yay mövsümündə, xüsusilə də avqust ayında məzuniyyətdə olan insanların sayı daha çoxdur və yollarda hərəkətin intensivliyi də kifayət qədər artır. Sürücülərin yol hərəkəti qaydalarına riayət etmələri mühüm əhəmiyyət daşıyır. İl ərzində ən çox yol-nəqliyyat hadisələri məhz iyul-avqust aylarına təsüdüf edir. Yollarda hərəkətin intensiv olması, intizamsız sürücülərin yol-hərəkəti qaydalarını kobud şəkildə pozmaları, bəzən istirahət mərkəzindən qayıdan insanların sərxoş vəziyyətdə sükan arxasına oturmaları, sürət həddinə əməl etməmələri və digər bu kimi qayda pozuntuları son nəticədə ağır qəzalara gətirib çıxarır".

K.Əliyev deyib ki, belə halların qarşısını almaq üçün yol polisinin bütün şəxsi heyəti artıq səfərbər olunub və regionlarda reydlər gündəlik keçiriləcək:

"Sürücülərdən xahişimiz odur ki, yola çıxarkən bu qaydalara, yollarda sürət həddinə ciddi riayət etsinlər, özlərinin və avtomobildə olan sərnişinlərin, ailə üzvlərinin həyatını təhlükəyə atmasınlar".

Tarix
2016.08.03 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla