Yuxarı

Azərbaycanda heyvanlar niyə tələf olur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda heyvanlar niyə tələf olur?

Qax rayonunun Fısdıqlı kəndində xırdabuynuzlu heyvanların tələf olması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) əməkdaşları adı çəkilən kənddə və ona qonşu kəndlərdə, eləcə də Qax rayonunun digər ərazilərində araşdırmalar aparıblar.

Nazirliyin Mətbuat katibliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı yalnız Fısdıqlı kəndində Valeh Qurbanova məxsus təsərrüfatda bir neçə baş xırdabuynuzlu heyvanın tələf olması müəyyən edilib. Qax rayonunun digər kənd və qəsəbələrində isə heyvanlar arasında heç bir narahatçılıq qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, baytarlıq mütəxəssisləri tələfat qeydə alınan təsərrüfatda heyvanlarda patoloji yarma aparmış və həmin heyvanların iti fassilyozdan tələf olmasını müəyyən ediblər. Həmçinin heyvanlardan götürülən nümunələr baytarlıq laboratoriyasında müayinə olunmuş və heyvanların iti fassilyoz (qurd) xəstəliyindən tələf olması öz təsdiqini tapıb.

Tələf olmuş heyvanlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alınan həyətdə baytarlıq-sanitariya qaydalarına uyğun dezinfeksiya işləri aparılıb. Xidmət əməkdaşları aparılan tədbirlər çərçivəsində təsərrüfat sahibləri ilə baytarlıq mütəxəssislərinin görüşü keçirilib, onlara müəyyən baytarlıq məsləhətləri verilib. Təsərrüfat sahibinin diqqətinə çatdırılıb ki, baytarlıq resepti əsasında iti fassilyoz-qurd xəstəliyinə qarşı sahibkarın öz hesabına dərman preparatları alınsın və baytarlıq mütəxəssisinin nəzarəti altında heyvana tətbiq edilsin.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.

Tarix
2016.08.03 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla