Yuxarı

Binəqədidəki qanlı olayın gülünc səbəbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəqədidəki qanlı olayın gülünc səbəbi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur Manafovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci il iyulun 31-dən avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində Sərxan Mahmudov və Zaur Manafov münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər.

Xəstəxanaya yerləşdirilən yaralılardan Sərxan Mahmudov dünyasını dəyişib. Zaur Manafov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, mərhumla təqsirləndirilən şəxs qonşu olublar. Hadisədən əvvəl qonşusu Elçin maşını uyğunsuz yerdə saxlayıb, Zaur maşınını məhəllədən çıxara bilməyib.

Zaur qonşusundan maşınını geri çəkməsini istəyəndə Elçin ona sərt cavab verib. Deyib ki, sən hələ Binəqədiyə gəlməzdən qabaq burda yaşamışam, maşını harda istəsəm, orda saxlayaram. Onların arasında mübahisə yaranıb, Zaur Elçini sinəsindən itələyib. Bu vaxt mübahisəyə Elçin Qədimovun qohumu Sərxan müdaxilə edib. Sərxan Zaur Manafova söyüş söyüb. Dava sonda qanlı olayla nəticələnib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Zaur Manafov 17 il müddətinə azadlıqdan məhrum edilib

Tarix
2016.08.03 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla