Yuxarı

Sosial mənzillər nə vəd edir? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial mənzillər nə vəd edir? – Ekspert

Bakıda sosial mənzillərin tikintisinə başlanması mənzil bazarında şişirdilmiş qiymətlərin qarşısını alacaq.

Axar.az xəbər verir ki, bunu MBA Qrup konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində tikilməsi nəzərdə tutulan 2 min mənzil paytaxtda daşınmaz əmlak bazarına ciddi təsir edəcək:

"Bu, təqribən 20 yaşayış binası deməkdir. Bu da bazarda əhəmiyyətli paya malikdir. Nəzərə alsaq ki, il ərzində Bakıda 15-17 min mənzil tikilib istismara verilir, 2 min mənzil təqribən bunun 8/1 hissəsini təşkil edir. Təbii ki, bu bazara təsir edəcək. Həm təklif portfelinin stabilləşməsinə, həm də qiymətlərin alıcılıq qabiliyyətinə yaxınlaşmasına təsir edəcək".

Ekspert bildirib ki, bu gün bazarda o seqmentə, yəni ucuz mənzillərə aid olan təklif portfelində mənzil qıtlığı hiss olunur: "Sosial mənzillərin tikilməsi o seqmentin dolmasına kömək edəcək".

Trend-in məlumatına görə, sosial mənzillərin tikintisinin Bakıda mənzil qiymətlərinə necə təsir edəcəyi məsələsinə toxunan N.İbrahimov bildirib ki, hər bir məhsulun qiyməti onun maya dəyəri və rentabelliyi ilə müəyyənləşdirilir:

"Yəni, mənzillərin qiyməti tikintinin maya dəyəri və tikinti şirkətinin mənfəəti ilə müəyyən olunur, qiymət ondan aşağı düşə bilməz. Əgər qiymət ondan aşağı düşəcəksə, mənzil tikintisi sahəsində böhran olacaq və bazar daha da pis vəziyyətə düşəcək. Ancaq sosial mənzillərin tikintisi mənzil bazarında sişirdilmiş qiymətlərin qarşısını alacaq. Ucuz qiymətə satılan mənzillərin qiymətini isə maya dəyəri və 20-30 faiz gəlirlilik təşkil edir. Ona görə də, o qiymətlərin aşağı düşmə ehtimalı demək olar ki, yox səviyyədədir".

Tarix
2016.08.04 / 10:24
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla