Yuxarı

Mehdiyevlə bağlı bu iddiaları qətiyyətlə rədd edirəm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevlə bağlı bu iddiaları qətiyyətlə rədd edirəm

Ramiz Mehdiyev işi ilə bağlı "bu, hakimiyyətin növbəti şousudur", "dava əmlak davasıdır" və s. kimi fikirləri qətiyyətlə rədd edib bir daha bildirirəm ki, bu proses ətraflı və diqqətli aparılacağı təqdirdə müstəqil Azərbaycan dövlətinin tarixində silinməz iz buraxacaq. Bu iş Türkiyədəki FETÖ işindən də mürəkkəb və dövlətimiz üçün çox vacibdir.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib.

“Azərbaycana gəldiyim 1989-cu ildən gedən prosesləri əvvəl kənardan, sonra isə ən yaxından izləmişəm. Ayrı-ayrı qüvvələrin, fərdlərin Azərbaycan dövlətinə münasibətlərini bilirəm. Çox təəssüf edirəm ki, bu gün belə çoxlarımız hakimiyyətə münasibətimizlə dövlətə münasibətimizi əksər hallarda eyniləşdiririk və səhvlərə yol veririk. Bu gün aparılan “Ramiz Mehdiyev işi” hakimiyyət yox, dövlət məsələsidir.

Bu işdə bəzən susqunluğum hansısa ehtiyatdan, kimdən və nədənsə çəkinməyimdən irəli gəlmir. Son günlər bu işdən istifadə edib özünü cəmiyyətə qəhrəman kimi sırımaq istəyənlərdən çoxu vaxtilə R.Mehdiyev dəstəsinin aktiv üzvü olub. Onların sırasına qatılmamaq üçün hələlik susmağa üstünlük verirəm. İstintaqın obyektiv aparılacağına isə şübhəm yoxdur.

Bir narahatlığım da ondadır ki, söz-söhbətlərin yaranmasının əsas səbəblərdən biri bu günə qədər R.Mehdiyevin xəyanət ortaqları Əli Həsənov və onun qudası Səttar Mehbalıyev kimi bu gün də yüksək vəzifələrdə olanların hələ də istintaqdan kənarda qalmasıdır”, - Aslan İsmayılov bildirib.

Tarix
2025.12.01 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

Milli Məclisin növbəti iclası başladı

Əli Əsədov Kobaxidze ilə görüşdü

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla