Yuxarı

Ukraynadan gətirilən ətlərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan gətirilən ətlərlə bağlı açıqlama

Bir sıra kütləvi informasiya vasitələrində Ukrayna Respublikasından gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibliyindən Axar.az-a verilən məlumatda bildirilir ki, respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunur.

Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. O cümlədən Ukrayna Respublikasından gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli 25 saylı əmrinə əsasən "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"ə uyğun olaraq müayinələr aparılmışdır. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulmuşdur.

Göründüyü kimi, "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər"ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmamışdır.

Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən Ukrayna Respublikasından gətirilən "Katkut" və "Ular" adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyyən edilmişdir. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməmışdir.

Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur.

Tarix
2016.08.05 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla