Yuxarı

MTRŞ-dan yayımla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dan yayımla bağlı açıqlama

Rəqəmsal yayıma tam keçid məsələsini yəqin ki, bu ilin sonuna qədər həll edəcəyik.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, artıq bir çox ölkələrdə bu məsələ həllini tapıb:

"Azərbaycanda da bununla bağlı hər hansı bir problem yoxdur. Artıq biz rəqəmsal yayıma keçmişik. Söhbət analoq yayımın dayandırılmasından gedir".

MTRŞ sədri bildirib ki, əhalinin hamısının dekoderlərinin olmamasını nəzərə alaraq, analoq yayımın dayandırılması məsələsi uzadılır:

"Bilirsiniz ki, insanların hamısının, xüsusən də regionlarda olan insanların dekoderləri yoxdur. Ona görə nə qədər ki, imkanımız var, analoq yayımın dayandırılmasını uzadırıq".

Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

Tarix
2016.08.05 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla