Yuxarı

Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə xəbərdarlıq: Bu yollar bağlanır

Yasamal rayonunun keçmiş "Sovetski" ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə əlaqədar avqustun 5-dən etibarən Mirzağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulub.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, qeyd edilən ərazidə yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Çingiz Mustafayev küçəsində nəqliyyat vasitələrinin hərəkəti Zərgərpalan küçəsindən Nəriman Nərimanov prospekti istiqamətində birtərəfli təşkil edilərək Mirzağa Əliyev küçəsi vasitəsilə hərəkət edən nəqliyyat vasitələri bu küçəyə yönləndiriləcək.

Sürücülərə alternativ yollarla hərəkət etməyi tövsiyə olunur.

Bundan başqa, Çingiz Mustafayev küçəsində hərəkətin qeyd edilən istiqamətdə təşkil edilməsi məqsədilə ümumilikdə 39 ədəd (18 ədəd "Dayanmaq qadağandır" (3.27), 3 ədəd "Baş yol" (2.1), 4 ədəd "Dayanmadan keçmək qadağandır" (2.5), 6 ədəd "Giriş qadağandır" (3.1), 3 ədəd "Düzünə və ya sola hərəkət" (4.1.5), 2 ədəd "Düzünə hərəkət" (4.1.1), 1 ədəd "Birtərəfli hərəkət" (5.5) və 2 ədəd "Sola hərəkət" (4.1.3)) yol nişanının quraşdırılması nəzərdə tutulub.

Tarix
2016.08.05 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla