Yuxarı

Təhlükə: Bakıda binaların damını satırlar – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhlükə: Bakıda binaların damını satırlar – Video

Bakıda bəzi tikinti şirkətləri binaların damlarını vətəndaşlara satır.

Axar.az xəbər verir ki, sakinlər aldıqları damı ya açıq hava məkanı kimi istifadə edir, ya da bağlayıb evinə qatır.

Bu məqsədlə tikinti şirkətləri sonuncu mərtəbələri pilləkən formasında tikir. Yəni alt mərtəbənin damı üst mərtəbənin böyür tərəfinə düşür. Bu tip layihə ilə bina tikən bəzi şirkətlər vəziyyətdən sui-istifadə edərək damları üst mərtəbənin sahiblərinə boş yer kimi satırlar.

Ekspertlər bildirirlər ki, çoxmənzilli binalarda ümumi istifadədə olan yerlər sırasına liftlər, pilləkənlər, pilləkən meydançaları, həyətyanı sahələr və damlar daxildir ki, bu yerlərin zəbt edilməsi və ya satılması yolverilməzdir. Çünki həmin ərazilər həm də fövqəladə hadisələr zamanı təxliyyə üçün nəzərdə tutulur.

Daşınmaz əmlak eksperti Ramil Osmanlı Xəzər xəbər-ə açıqlamasında həmin binalarda yaşayanların həyatlarının ciddi təhlükə altında olduğunu deyib. Belə ki, damları zəbt edən sakinlər fövqəladə vəziyyətdə xilasedicilərin işini çətinləşdirir.

İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsinə əsasən isə, sözügedən qanunsuzluğu həyata keçirən fiziki şəxsi 300-500, vəzifəli şəxsi 1500-2000, hüquqi şəxsi isə 15-25 min manat məbləğində cərimə gözləyir.

Tarix
2016.08.05 / 12:09
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla