Yuxarı

Yeni media layihəsi - Biznestürk TV yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni media layihəsi - Biznestürk TV yaradıldı

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və MÜSİAD Azərbaycanın birgə təşəbbüsü ilə böyük media layihəsinə start verilir.

Bu barədə Axar.az-a MÜSİAD Azərbaycandan məlumat verilib.

Hazırda Azərbaycan və Türkiyə iş dünyası arasında əlaqələr yeni strateji mərhələyə qədəm qoyur.

İki ölkə arasındakı iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, biznes diplomatiyasının gücləndirilməsi və Türkiyə şirkətlərinin Azərbaycandakı uğurlarının dünyaya təqdim olunmasını hədəfləyən nəhəng media layihəsi bu mənada maraqlı səhnə açacaq.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi və MÜSİAD Azərbaycanın dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Azərbaycanda uğurlu fəaliyyəti ilə seçilən Türkiyəli iş adamlarının iş və həyat təcrübələri geniş ictimaiyyətə təqdim olunacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin media resurslarında da iş adamlarının biznes strategiyaları, qarşıya qoyduqları məqsədlər və regional iqtisadiyyata töhfələri nümayiş etdiriləcək.

Media layihəsi dünya çapında geniş yayılacaq və bu da Azərbaycan üçün qlobal iqtisadi informasiya platforması rolunu oynayacaq.

Bu layihə üçün Biznestürk TV, yeni YouTube kanalı fəaliyyətə başlayır.

Layihə çərçivəsində aparılan çəkilişlər, müsahibələr və media xəbərləri vasitəsi ilə ölkəmizdəki stabillik, qanunvericilik şəffaflığı, biznesə dövlət dəstəyi və biznes üçün münbit şəraitin olduğu beynəlxalq ictimaiyyətə təqdim olunacaq.

Paytaxt Bakıdan regionlara qədər yeni sənaye zonaları, logistika imkanları, nəqliyyat xətləri və “yaşıl enerji” siyasətinin yaratdığı perspektivlər investor dilindən dünyaya elan ediləcək. Bu layihə məlumat mübadiləsi ilə yanaşı “Türkiyə-Azərbaycan-Mərkəzi Asiya” iqtisadi xəttinin informasiya platformasına çevriləcək.

Bu təşəbbüs yalnız biznes sahəsi ilə məhdudlaşmır, mədəni və sosial inteqrasiyaya da töhfə verəcək. Layihə həm də Türkiyə və Azərbaycan arasında möhkəmlənən iqtisadi dostluğun media arxivinə çevriləcək.

Layihəni Azərbaycanın ən böyük media platformalarından olan Modern Media Qrup icra edəcək.

Layihənin ilk qonağı ZİVELLA-nın sahibi Abdurrahman Uzndur.

Tarix
2025.12.08 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla