Yuxarı

Dərmanları aptekdən pulsuz necə alacağıq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərmanları aptekdən pulsuz necə alacağıq?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşdıqdan sonra müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək:

"O, həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda "e-resept" sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək. İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək".

E.Quliyev bildirib ki, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək:

"Lisenziyası olan və müvafiq sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər. Həmin müraciət əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında sənədin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün proses müqavilənin şərtlərinə uyğun tənzimlənəcək".

Tarix
2025.12.08 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla