Yuxarı

Zərdabinin heykəli orada restoranın qapıçısı kimi görünür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərdabinin heykəli orada restoranın qapıçısı kimi görünür

Heydər Əliyev sovet dövründə Azərbaycan Yazıçılar Birliyinin qurultayında Azərbaycan dilində danışırdı. Bu ilk dəfə idi. Çünki ona qədər qurultayda çıxış edən dövlət rəhbərlərinin hamısı rusca danışırdı.

Axar.az xəbər verir ki, bunu Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün ölkəmizdə dilin qorunması ilə bağlı fikirlər səslənsə də, problemlər çoxdur:

“Mən başa düşmürəm, niyə dükanların hamısı market adlanmalıdır? Dükan yazılsa, nə olacaq ki? Deyirlər ki, turistlərə görə belə yazıblar. Yəni turist elə kütdür ki, o bilmir burada nə satılır? Ona görə də dil və ədəbiyyat mövzusuna çox həssas yanaşmalıyıq”.

Anar Rzayev bildirib ki, dil və ədəbiyyatı hamı bilməlidir:

“İçərişəhərdə ensklopediyasının binasının önündə Həsən bəy Zərdabinin heykəli var. Sonradan oranın birinci mərtəbəsini restoran etdilər. İndi Həsən bəy heykəli orada restoranın qapıçısı kimi görünür. Çox xahiş edirəm ki, o büstün yeri dəyişdirilərək Şəhriyar mədəniyyət evinin qarşısındakı bağa köçürülsün”.

Tarix
2025.12.08 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla