Yuxarı

8 min müəllimin müqaviləsinə xitam verildi - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 min müəllimin müqaviləsinə xitam verildi - Nazir

Dərsliklərin məzmunu nə qədər keyfiyyətli olsa da, əsas müəllimdir.

Axar.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev parlamentin təşkilatçılığı ilə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.

O bildirib ki, müəllimlər şagirdlərə dərsi düzgün şəkildə tədris etməlidirlər:

"Sertifikatlaşdırma prosesində səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam vermişik. Bunlardan 4 500-5 000 nəfəri ibtidai sinif, 1 000 nəfəri isə Azərbaycan dili müəllimi olub. Müəllimin səriştəli olması minimal şərtdir. Bünövrə düzgün olmasa, problemlər yaranır. Şagirdlərin öyrənmə keyfiyyətini tədqiq edən araşdırmalar yoxdur və bu da problem yaradır. Azərbaycanda dərsliklər ayrı-ayrı müəlliflərin müxtəlif mülahizələri ilə yazılıb. Buna görə də dərsliklərin yazılmasında çətinlik var. Şübhəsiz, bu, gələcəkdə tədris edən şəxsin bilik və bacarıqlarının üstünlüyünü ifadə edir. Yanaşmamız ondan ibarətdir ki, dillə bağlı tədqiqatlara əsaslanan müzakirə olsun. Dil duyumu dildən istifadə, dil vasitəsilə özünü inkişaf etdirir".

Tarix
2025.12.08 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla