Yuxarı

AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYNA-nın şirkətlərə yazdığı cərimələr ləğv edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “AEM Elektron” MMC və “Foodini” MMC barəsində tərtib olunmuş inzibati protokollar məhkəmə tərəfindən ləğv edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, AYNA hər iki şirkətin yük avtomobillərini idarə edən sürücülərinin reysqabağı tibbi müayinədən keçmədiyini iddia edərək İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə 2 min manat cərimə tətbiq etmişdi.

Xətai Rayon Məhkəməsi “AEM Elektron” MMC-ni, Səbail Rayon Məhkəməsi isə “Foodini” MMC-ni həmin maddə ilə təqsirli bilərək cərimə qərarı qəbul etmişdi.

Hər iki şirkət protokolların və məhkəmə qərarlarının əsassız olduğunu bildirərək apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin edərək hər iki qərarı ləğv edib.

Qeyd olunub ki, şirkətlər öz nəqliyyat vasitələri ilə işçilərin və ya yüklərin daşınmasını öz hesabına həyata keçirən hüquqi şəxslər olduqlarından, İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi üzrə inzibati xəta subyekti hesab edilə bilməzlər.

Nəticədə AYNA tərəfindən tərtib edilən cərimələr tamamilə qüvvədən düşüb.

Tarix
2025.12.09 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərlə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla