Yuxarı

Tütün məmulatları üzrə aksiz vergiləri artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tütün məmulatları üzrə aksiz vergiləri artırılır

Tütün məmulatları üzrə aksiz vergiləri artırılır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Azər Əmiraslanov qeyd edib ki, adiyyəti qurumlar tərəfindən aparılmış müzakirələr nəticəsində, tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb:

“Bu zaman həm də həmin məhsulların insan sağlamlığına mənfi təsirinin azaldılması mülahizəsi, başqa sözlə, Ümdüniyyə Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. Belə ki, yerli istehsalı əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər də aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən onların bazar payının kəskin artması, çoxalmasına gətirib çıxara bilər.

Bu baxımdan, tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb. Birincisi, bura alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar daxildir. Bu məhsullar üzrə aksizin min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlərdir.

Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 173 manata qaldırılması təklif olunur”.

Tarix
2025.12.09 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla