Yuxarı

Rüstəmxanlıya hörmətsizlik: MM rəhbərliyində dəyişiklik ola bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəmxanlıya hörmətsizlik: MM rəhbərliyində dəyişiklik ola bilər

Ötən gün Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.

Axar.az Azpolitika.az-a istinadla xəbər verir ki, “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirələrdə çıxış üçün dəvət olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.

Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb.

“Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt ayırırsınız, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”, - Sabir Rüstəmxanlı etiraz edib.

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.

Xatırladaq ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və məhz VHP-dən deputat seçildiyinə görə vitse-spiker postunu tutur.

Məlumata görə, baş verən insident Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri arasında ciddi etirazla qarşılanıb. Rafael Hüseynovun partiya sədrinə qarşı hörmətsizliyinin müzakirə olunması və onun haqqında qərar çıxarılması tələb edilir.

Partiyadaxili mənbənin bildirdiyinə görə, VHP sədri insidentin şişirdilməməsinin tərəfdarı olsa da, artıq partiyanın rayon təşkilatları və rəhbərlikdə təmsil olunan şəxslər məsələnin Siyasi Şurada baxılaraq, R.Hüseynovun partiya sıralarından xaric edilməsi haqda rəsmi müraciət edib.

Əgər belə bir qərar çıxarılarsa, bu, R.Hüseynovun həm də vitse-spikerlik postundan gedəcəyi anlamına gəlir.

Tarix
2025.12.09 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla