Yuxarı

Xanəndə qəza törətdi: oğlu və atası öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanəndə qəza törətdi: oğlu və atası öldü - Video

13:24

Zərdabda "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Axar.az Report-a istiandən xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Məlumata görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan - Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova və Uğur Məmmədovdur (azyaşlı).

Qəza zamanı İntiqam Knyaz oğlu Məmmədov (azyaşlı) və Tunar Məmmədov ölüb.

Digər azyaşlının vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov Muğam Müsabiqəsinin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.

Faktla bağlı araşdırma aparılır.

***

Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.

Məlumata görə, hazırda 5 nəfər müalicə alır.

Bildirilib ki, İntiqam Knyaz oğlu Məmmədov (1966) hadisə yerində ölüb, Tunar Məftun oğlu Məmmədli (2023) ağır kəllə beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.

Xəsarət alanlardan Sona Tehmir qızı Məmmədovada (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Raya Sərkər qızı Məmmədovada (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məftun İntiqam oğlu Məmmədovda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Uğur Məftun oğlu Məmmədovda (2017) səthi zədələnmə dəri sıyrığı, İntiqam Məftun oğlu Məmmədlidə (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.

***

Unikal-ın məlumatına görə, qəza nəticəsində ölən 59 yaşlı İntiqam Məmmədov Məftun Məmmədovun atası, 2 yaşlı Tunar Məmmədli isə oğludur.

Hadisə zamanı xəsarət alan sürücü (Məftun Məmmədov), anası, həyat yoldaşı və iki övladı xəstəxanaya yerləşdirilib.

Tarix
2025.12.09 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla