Yuxarı

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr...

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Bakı şəhərinin Nəsimi, Nizami, Sabunçu və Suraxanı Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdə FHN Bakı Regional Mərkəzinin və sözügedən rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.

Müşavirələrdə Regional Mərkəzin və icra hakimiyyətlərinin məsul şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Daha sonra Bakıl Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən bəhs edib, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat veriblər. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq, rayonların ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tarix
2025.12.09 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla