Yuxarı

Sosial media dövründə film çəkmək çox çətindir - Kərimi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial media dövründə film çəkmək çox çətindir - Kərimi

Yaradıcı insan özünə macəra yaratmağı da bacarmalıdır.

Axar.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Bakıya gələn İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi deyib.

Kino sənətinin müasir problemlərindən danışan sənətçi gənc rejissorlarla təcrübəsini bölüşüb:

“Kino çoxqatlı bir sahədir. Məsələn, Hollivudda ildə nə qədər film çəkilir, ancaq baxaq görək, onların neçəsi uğurlu ola bilir. Kino çəkməyin əlçatan olduğu bir dövrdə yaşayırıq. Bu gün hər kəs əlindəki mobil telefona nələrsə çəkib qısametrajlı film kimi təqdim edə bilər. Bir tərəfdən hər şey bu qədər sadələşsə də, digər tərəfdən mürəkkəbliyini qoruyur. Bu ziddiyyətə misal olaraq sosial medianı qeyd edə bilərəm. Düşünürəm ki, sosial şəbəkələr ortaya çıxandan bəri film çəkmək çox çətinləşib. Əvvəllər insan rahatlıqla oturub istədiyini yazıb çəkirdi. İndiki dövrdə gənclərin ən böyük çətinliyi gördükləri işə fokuslana bilməmələridir. Yaradıcı insanın duyğu və düşüncələri çox orijinal olmalıdır, amma indiki dönəmdə duyğu orijinallığını qoruyub saxlamaq çox çətinləşib. Fikrimcə, gənc rejissorlar bu məsələyə həssaslıqla yanaşmalıdırlar”.

Qeyd edək ki, Niki Kərimi festivalın beynəlxalq münsiflər heyətində yer alıb.

Tarix
2025.12.09 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimizin həbsi istənildi

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla