Yuxarı

Stadionun ərazisini Mənsimovdan bu qiymətə almışam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stadionun ərazisini Mənsimovdan bu qiymətə almışam

Xəbər verdiyimiz kimi, Masallıda yerləşən Anatoli Banişevski adına stadionun ərazisi yerli iş adamı Səxavəddin Sadıqov tərəfindən satın alınıb.

Axar.az xəbər verir ki, Səxavəddin Sadıqov Teleqraf-a ərazinin torpaq sahəsini kimdən aldığını açıqlayıb:

"Stadion dövlət əmlakı sayılır, stadion satıla bilməz. Amma mən oranı torpaq ərazisi kimi almışam. Elə o vaxtdan da ərazini idmançıların sərəncamına vermişəm. Həmin gündən indiyədək əlimdən gələni etmişəm, bacardığım qədər uşaqlara maddi dəstək də göstərirəm. Mənim imkanım o qədər geniş deyil ki, tez-bazar orada stadion tikim. Yəqin ki, hər şey zamanla həllini tapar”.

Səxavəddin Sadıqov stadion ərazisi üçün nə qədər ödəniş etdiyini də deyib:

“3 hektar 72 sot ərazi üçün 400 mindən bir az artıq pul ödəmişəm. Özü də torpağı Mübariz Mənsimovdan yox, qardaşı Mais Mənsimovdan almışam. Onların mülkiyyəti ayrıdır. Topağı almaq üçün dostum da kömək etdi, sonra yavaş-yavaş onun pulunu qaytardım”.

Qeyd edək ki, əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə Xidmətinin rəisi olub. O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Tarix
2025.12.09 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla