Yuxarı

Güzəştlər ləğv edilir, pensiya, müavinət isə... - Büdcədə nələr var?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəştlər ləğv edilir, pensiya, müavinət isə... - Büdcədə nələr var?

2026-cı ilin dövlət büdcəsinin ən mühüm yeniliklərindən biri Dövlət Neft Fondundan edilən transfertlərin azaldılmasıdır. Bu addım hökumətin neft gəlirlərindən asılılığı tədricən minimuma endirmə siyasəti kimi qiymətləndirilir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin üçüncü oxunuşda qəbul edilməsi haqda danışarkən deyib.

O bildirib ki, bir sıra mövcud vergi güzəştləri ləğv edilir, tütün və spirtli içkilərə aksizlərin artırılması nəzərdə tutulur:

“Bununla yanaşı, gəlir vergisinə tətbiq edilən güzəştlər də növbəti üç il ərzində tam şəkildə aradan qaldırılacaq. Bu dəyişikliklər vətəndaşların büdcənin formalaşmasında rolunu artıracaq və vergi yükü hiss ediləcək dərəcədə yüksələcək”.

İqtisadçı vurğulayıb ki, 2026-cı ildən etibarən "qeyri-formal məşğul şəxslərin" icbari tibbi sığorta haqları artıq dövlət büdcəsindən ödənməyəcək. Bu kateqoriyaya aid şəxslər tibbi sığorta ödənişlərini özləri qarşılamalı olacaqlar.

“Azərbaycanın pensiya qanunvericiliyinə əsasən, pensiyalar hər il orta aylıq maaşın artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların təxminən 9.2–9.3% artırılması gözlənilir. Sosial müdafiə sahəsində də dəyişikliklər var: yaşayış minimumunun yüksəlməsi fonunda ünvanlı sosial yardımın təxminən 5.3% (yəni 15 manat civarında) artırılması planlaşdırılır”, - o qeyd edib.

Tarix
2025.12.10 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla