Yuxarı

Azərbaycanda bu şəxslər narkotikə görə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu şəxslər narkotikə görə saxlanıldı

Azərbaycanda 4 nəfərdən narkotik vasitə götürülüb.

Axar.az DİN-in saytına istinadən xəbər verir ki, Sabunçu rayon 15-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsində yaşayan Elşən İbadovun evinə baxış zamanı 23 dibçəkdə 490 qram çətənə kolu və 650 qram marixuana aşkar edilib.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərviz Məmmədovdan 3,14 qram, yaşadığı evə baxış zamanı 1,94 qram və "Daewoo" markalı avtomobilinə baxış zamanı isə 465 qram marixuana götürülüb.

Neftçalada polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bankə qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Rafiq Mustafayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkarlanıb.

Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hacıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Tarix
2016.08.06 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla