Yuxarı

Öz-özünə gedən maşın svetoforu yararsız hala saldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öz-özünə gedən maşın svetoforu yararsız hala saldı - Video

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola qəfil hərəkətə başlayaraq yolda olan svetofora çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, 1 ədəd üzərində piyada bölmələri olan nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xatırladır ki, “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinə əsasən nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı, təkərləri səkiyə və ya yolun qırağındakı başqa maneəyə tərəf çevirməli və qapıları kilidləməlidir. Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitəsini park edərkən sadə təhlükəsizlik qaydalarına əməl etsinlər”, - məlumatda bildirilib.

Tarix
2025.12.15 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla