Yuxarı

Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ali təhsil 4 ildən 3 ilə endirilir?

Azərbaycanda ali təhsil pillələrinin müddətinin azaldılması ilə bağlı müzakirələr artıq bir neçə ildir gündəmdədir. Növbəti dövrdə bakalavr təhsilinin 3 ilə, magistratura təhsilinin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunması istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda ali təhsil müddətinin azaldılması ilə bağlı qərarın Azərbaycana təsiri haqda danışarkən deyib.

“Bizdə də bakalavr pilləsində bir çox ixtisaslar üzrə təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endirilsin. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir. Dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətini qısaltmaq mümkündür”, - o bildirib.

Ekspert qeyd edib ki, xüsusilə laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər:

“Qeyri-ixtisas fənləri çıxarmaqla, tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib. Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər”.

Tarix
2025.12.18 / 09:08
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla