Yuxarı

Bakılılar üçün 30-dan çox ölkəni səyahət imkanı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakılılar üçün 30-dan çox ölkəni səyahət imkanı

Bu gün "AİESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Qlobal Villic" mədəniyyət festivalı iştirakçılara bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verib.

Axar.az xəbər verir ki, layihə Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə reallaşıb. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq almaqla yanaşı, mədəni anlaşma, tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilmək kimi mövzulardan çıxış ediblər.

Tədbirdə, həmçinin dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunmuş xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim ediblər.

Bir sözlə, dünyanın müxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaqla yanaşı, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün Bakıda bir araya gəliblər.

Qeyd edək ki, festival "AİESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən ənənəvi olaraq keçirilir.

Tarix
2016.08.08 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla