Yuxarı

"Shokki Mokki" “Məktəbim” layihəsinə dəstəyini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Shokki Mokki" “Məktəbim” layihəsinə dəstəyini davam etdirir

Uşaqların sevimli markası “Shokki Mokki” sosial məsuliyyət strategiyası çərçivəsində artıq 3 ildən çoxdur ki, UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsini uğurla icra edir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqların keyfiyyətli və təhlükəsiz məktəbəqədər təhsilə çıxışını təmin etmək, eyni zamanda qadınların sahibkarlıq və məşğulluq imkanlarını artırmaqdır.

Bu yanaşma “Məktəbim” layihəsini həm təhsil, həm də sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli bir təşəbbüsə çevirir.

2025-ci ildə layihə çərçivəsində mühüm nəticələr əldə olunub.

Belə ki, ölkənin müxtəlif bölgələrində 22 yeni “Məktəbim” mərkəzi fəaliyyətə başlayıb və 220-dən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub. Açılan mərkəzləri UAFA tərəfindən xüsusi təlim keçmiş qadın sahibkar idarə edir.

Bu mərkəzlər uşaqlar üçün təhlükəsiz mühitdə, müasir tədris metodlarına əsaslanan və yüksək keyfiyyət standartlarına cavab verən təhsil imkanları yaradır.

Hazırda “Məktəbim” layihəsi Azərbaycanın bir sıra şəhər və rayonlarını əhatə edir. Layihə Bakı, Xırdalan, Sumqayıt, Quba, Xaçmaz, Gəncə, Saatlı, Hacıqabul, Şirvan, Samux və Siyəzən şəhərlərində uğurla fəaliyyət göstərir və regionlarda məktəbəqədər təhsilin əlçatanlığını artırır.

“Shokki Mokki” məhsullarını əldə etməklə siz də təhsildə dayanıqlı inkişafın təmin olunmasına, uşaqların daha parlaq gələcəyə doğru addımlamasına dəstək ola bilərsiniz.

Tarix
2025.12.18 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla