Yuxarı

Bu şirkətin dövlətə 4,6 milyon borcu var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkətin dövlətə 4,6 milyon borcu var

Avrasiya Construction Ltd MMC-nin külli miqdarda vergi borcu yaranıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, şirkətin hazırda dövlət büdcəsinə olan vergi borcu 4 milyon 581 min 233.04 manat təşkil edir.

Maraqlı məqam ondan ibarətdir ki, sözügedən şirkət Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır və riskli vergi ödəyicisi deyil. Buna baxmayaraq, MMC-nin vergi borcu son bir neçə il ərzində kəskin şəkildə artmaqda davam edir.

Qeyd edək ki, “Avrasiya Construction Ltd” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hazırkı qanuni təmsilçisi Alıyev Elməddin Camal oğludur.

Bundan başqa, 2022-ci ildə tikinti fəaliyyəti ilə məşğul olan “Avrasiya Construction Ltd” MMC icbari sığorta müqaviləsi bağlamadığı üçün cərimələnib. 2024-cü ildə isə "Avrasiya Construction" yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.

Açıq internet mənbələrində aparılan araşdırma zamanı isə məlum olur ki, “Avrasiya Construction Ltd” MMC-nin adı mətbuatda vətəndaşların şikayətləri əsasında tez-tez hallanıb.

Tarix
2025.12.20 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla