Yuxarı

"Azərsell" internet istifadəsini rahatlaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsell" internet istifadəsini rahatlaşdırdı

Ölkənin lider mobil operatoru Azərsell Telekom abunəçilərin sürətli və sərfəli mobil internetə artan tələbatını nəzərə alaraq bu xidmətdən yeni rahat istifadə imkanı yaradıb. Bu dəfə şirkət tərəfindən təqdim olunan yeni xidmət sayəsində abunəçilərimiz üçün internet paketlərlərindən istifadə daha da rahatlaşdı.

Şirkətdən Axar.az-a verilən məlumata görə, internet paketi bitən zaman abünəçi istifadəni davam etdirmək üçün xüsusi keçid səhifəsinə yönləndiriləcək.

Bu səhifəyə keçiddən sonra isə abunəçi bir düymə ilə 3 seçim imkanından birindən faydalana biləcək: Mövcud internet paketini yeniləmək, daha yüksək həcmli internet paketi sifariş etmək və ya internetdən paketsiz istifadə etmək (1MB=0.05AZN tarifi ilə).

Bu xidmətin ən əsas üstünlüyü isə ondan ibarətdir ki, internet paketi sifariş etmək üçün SMS göndərməyə və ya telefonun ekranında xüsusi kod yığmağa ehtiyac qalmır. Abunəçi internet paketi bitəndən sonra internet brauzerə daxil olaraq yalnız bir düymə ilə internet paketini aktivləşdirir.

Məlumat üçün bildirək ki, "Azərsell" son bir il ərzində mobil internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, "Azərsell" şəbəkəsindən ötürülən məlumatın həcmi əvvəlki illərlə müqayisədə 35% artdı.

Hazırda "Azərsell"in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim etməklə ölkədə mobil internetdən istifadəni daha əlverişli etdi.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2016.08.09 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla