Yuxarı

Ən kəskin respirator virus infeksiyaları yayılır - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən kəskin respirator virus infeksiyaları yayılır - Rəsmi

Son günlərdə havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı əhaliyə etdiyi müraciətdə qeyd olunub.

Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır:

"Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.

Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə "Sanofi Pasteur" (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib".

Müraciətdə vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunub:

"Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır".

Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Tarix
2025.12.22 / 09:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla