Yuxarı

FHN yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü, ASG Helicopter Services MMC-nin təşkilatçılığı ilə Zabrat hava limanı ərazisində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, ASG Helicopter Services MMC-nin istismarında olan nəqliyyat vasitələrinin uçuş və texniki heyəti, o cümlədən təmir-bərpa, inzibati və təhlükəsizlik məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər nəqliyyat vasitələrində, xüsusilə sərnişin və yük daşımalarında, eləcə də anqarların və hava limanının ərazisində fəaliyyət göstərən inzibati və texniki xidmət sahələrinin, yanacaq çənlərinin yanğın təhlükəsizliyinin təmin olunmasının vacibliyindən danışıblar. Bildirilib ki, hava nəqliyyatı vasitələrində və onların təmir sexlərində və anqarlarda baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkət tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə uçuş heyətinin, həmçinin texniki və digər sahələrdə fəaliyyət göstərən əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və nəqliyyat vasitələrinə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, elektrik təsərrüfatlarının, xüsusilə texniki işıq komplekslərinin “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun istismarı, həmin sahələrə dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra tədbirin praktiki hissəsinə start verilib. Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra Hava limanının anqar sahəsində “yanğın” baş vermiş nəqliyyat vasitəsi təlimata uyğun olaraq, bərk qoşqu ilə kənarlaşdırılaraq “yanğın”ın ətrafa yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə bölmələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərini icra ediblər.

Uğurla başa çatan təlimin sonunda iştirakçılara yanğın təhlükəsizliyi barədə məlumat verilib, parklar, anqar və qarajlarda yanğın təhlükəsizliyinə dair normalar izah olunub.

Tarix
2025.12.22 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

Əliyevin imtinasına Kremldən reaksiya

Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü

İbrahim və Mkrtçyan ABŞ-da görüşdü

Ərdoğanın müavini Azərbaycana gəldi - Foto

Sərkisyan Azərbaycan KQB-yə işləyib: kod adı “Nərimanov”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla