Yuxarı

Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Vergi Xidməti ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, qeydiyyatdan keçən 2519 namizəddən 44-ü imtahana gəlməyib. 754 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Xatırladaq ki, imtahanda namizədlərə seçdikləri istiqamət üzrə 100 test tapşırığı (95 qapalı tipli vә 5 açıq tipli) tәqdim olunub. Hәr bir sualın düzgün cavabı 1 balla qiymәtlәndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 23 dekabr saat 10:00-dan 25 dekabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya Komissiyasına müraciət edən namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Tarix
2025.12.22 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla